Avstraliyada din

Avstraliyada din — çox konfessiyalı ölkə olan Avstraliyanın rəsmi dini yoxdur. Xristianlıq Avstraliyada üstünlük təşkil edən inancdır. 2011-ci il siyahıyaalmasına görə, say baxımından ən böyük din əhalinin 25,3%-nə sahib olan katoliklikdir. 22,3%-i qeyri-dindardır. Növbəti əsas məzhəb 17,1% izləyən anqlikanizmdir. Avstraliyada əhalinin 2,5%-i buddizmə, 2,2%-i İslama, 1,3%-i hinduizmə və 0,5%-i yəhudiliyə etiqad edir. Avstraliya konstitusiyası hökumətə dövlət dini təsis etməyi və dini azadlıqlara müdaxilə etməyi qadağan edir, lakin ayrı-ayrı ştatlar öz konstitusiyalarını dəyişdirməkdə sərbəstdirlər və dini həyatı diktə edə bilərlər, baxmayaraq ki, belə vəziyyət hələ yaşanmayıb. Birlik hökuməti ilə dinlər arasında münasibətlər ABŞ-dakından qat-qat sərbəstdir. Dini qurumlar təhsil, səhiyyə və digər sosial xidmətlər göstərmək üçün hökumətlə işləyirlər.[1][2]

  1. "2071.0 - Reflecting a Nation: Stories from the 2011 Census, 2012–2013". Abs.gov.au. 2012-06-21. 2016-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-04.
  2. "2011 Census QuickStats : Melbourne (Statistical Division)" (ingilis). Australian Bureau of Statistics. 2014-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-28.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search